Bəzi qidalar, insanın gündəlik rasionuna daxil olsa da, mədəaltı vəzə ciddi zərər verə və iltihabi proseslərin inkişafına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya “SM-Klinika”nın qastroenteroloq, hepatoloqu, tibb elmləri namizədi Natalya Vasilyeva məlumat verib.
O bildiirb ki, bunlara spirtli içkilər, trans yağlar və sənaye üsulu ilə emal olunmuş məhsullar daxildir.
Onun sözlərinə görə, etanol mədəaltı vəzinin axarlarında spazma səbəb olaraq fermentlərin normal axınına mane olur. Nəticədə, fermentlər mədəaltı vəzin daxilində toplanır, toxumaları qıcıqlandırır və iltihaba gətirib çıxarır. Bunun fonunda daşlar əmələ gələ bilər, irəliləmiş hallarda isə pankreatit inkişaf edir.
“Həmçinin, orqanizm tərəfindən demək olar ki, mənimsənilməyən, lakin fermentlərin güclü ifrazını stimullaşdıraraq mədəaltı vəzini yükləyən trans yağlar da az təhlükəli deyil. Bu isə qalın ifrazatın əmələ gəlməsinə və həmin orqanın toxumalarında iltihabi dəyişikliklərə səbəb ola bilər,” – deyə həkim əlavə edib.
Mütəxəssisin qey edib ki, trans yağların mənbələri marqarin, sənaye üsulu ilə hazırlanmış şirniyyatlar, dondurma, çipslər, fastfud, eləcə də fritür yağında bişirilmiş hər cür məhsuldur.