AZ

Müharibə edən 2 ölkə arasında tikanlı məftil çəkiləcək

Tailand Kamboca ilə sərhədində tikanlı məftillər çəkməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Tayland Kral Ordusuməlumat yayıb.

Bildirilib ki, iş hərbçilər tərəfindən həyata keçirilir.

Bu günə kimi iki ölkə sərhədində artıq 16 kilometr hasar çəkilib. Belə ki, təbii landşaftın sərhədi qanunsuz keçməsini asanlaşdıran Prom kanalı boyunca 10 kilometrlik hissədə tikanlı məftillər peyda olub.

Banqkok hesab edir ki, hasar narkotik alverçilərinin, qeyri-qanuni mühacirlərin və Sa Kaeo əyalətində adətən sərhədi qanunsuz keçən cinayətkarların hərəkətini məhdudlaşdırmağa kömək edəcək.

Seçilən
20
publika.az

1Mənbələr