BAKI, 11 avqust. TELEQRAF
Türkiyədə daimi yaşayan Rusiya vətəndaşlarının sayı son 3 ildə 154 min nəfərdən 85 min nəfərə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin məlumatında deyilir.
Bildirilir ki, buna səbəb Rusiya vətəndaşlarının Türkiyədə yaşamağa marağının azalmasıdır. Diplomatik nümayəndəlik qeyd edib ki, bu, Türkiyədə inflyasiya səviyyəsinin yüksək olması və daşınmaz əmlak qiymətlərinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.
Səfirliyin məlumatına görə, bəzi rayonlarda əcnəbilər mənzil ala və ya kirayələyə bilmirlər. Bundan əlavə, Türkiyədə əcnəbilər üçün vergilər artırılıb və miqrasiya nəzarəti sərtləşdirilib.