Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi nəzərdə tutulmayıbsa, onun funksiyaları direktorlar şurasına verilə bilər.
Direktorlar şurasının fəaliyyəti nizamnamə ilə tənzimlənir.