AZ

“Milan” belçikalı futbolçu üçün hərəkətə keçib

 “Cenoa”nın müdafiəçisi Koni De Vinter karyerasını “Milan” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “rossonyerlər” artıq 23 yaşlı futbolçu üçün “Cenoa” ilə rəsmi danışıqlara start verib. “Milan” belçikalı futbolçunu 20 milyon avro civarında dəyərləndirsə də, “Cenoa” onu minimum 25 milyon avroya satmağa hazırdır.

Müdafiəçinin xidmətində həmçinin “Nyukasl” və “İnter” klubları da maraqlıdır.

Geridə qalan A Seriyası mövsümündə De Vinter 25 matça çıxaraq 3 qol vurub. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Seçilən
47
10
90deqiqe.az

10Mənbələr