AZ

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib - YENİLƏNİB

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.

APA-nın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Ali Yerlikaya dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini nəzərə çatdırıb.

***
22:07

Türkiyə daxili işlər naziri: Zəlzələdə çökən binanın dağıntıları altında qalmış 6 nəfərdən beşi çıxarılıb

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altından dörd nəfər çıxarılıb.

Seçilən
65
4
apa.az

10Mənbələr