BAKI, TurkicWorld, Səməd Əyyubov
Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələ nəticəsində zəlzələnin episentrinin yerləşdiyi Sındırqı rayonunda dağılan binaların sayı 10-a yüksəlib.
TurkicWorld xəbər verir ki, bununla bağlı Sındırqı rayonunun Bələdiyyə Başçısı Serkan Sak açıqlama verib.
“Rayonumuzda 10 bina dağılıb. Bəzi bölgələrlə əlaqə yarada bilmirik” – deyə, o bildirib.
"4 nəfər xilas edilib, bir vətəndaşımıza çatmağa çalışırıq. Hazırda can itkisi yoxdur” - deyə, o əlavə edib.
Qeyd edək ki, bu gün Türkiyənin Balıkesir vilayətində yerli vaxtla saat 19:53-də 6,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların ocağı Balıkesirin Sındırqı rayonunda 11 km dərinlikdə yerləşib.