Türkiyənin Balıkesir vilayətinin Sındırgı ilçəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yeraltı təkanlar İstanbul və ətrafı, Bursa, Kocaeli və digər ərazilərdə, o cümlədən İzmirdə hiss edilib.
Zəlzələ nəticəsində Sındırgı ilçəsində bir binanın dağıldığı, 6 nəfərin itkin düşdüyü bildirilir.
Balıkesirdə 4,6 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.