AZ

“İmişli” portuqaliyalı hücumçu ilə gücləndi

BAKI, 10 avqust. TELEQRAF

“İmişli” yeni transferini rəsmiləşdirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Dieqo Almeydanı heyətinə qatıb.

24 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanıb.

Portuqaliyalı oyunçu son olaraq ölkəsinin “Akademiku de Vizeu” klubunda çıxış edib.

Qeyd edək ki, Dieqo Almeyda ötən mövsüm Portuqaliyalın II Liqasında meydana çıxdığı 21 oyunda 2 qolla yadda qalıb.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr