AZ

“ABŞ Rusiya razılaşmasına Ukrayna və Aİ daxil edilməlidir”

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının Xarici Siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bəyan edib ki, Vaşinqton və Moskva arasında Ukraynada müharibəyə son qoymaq üçün əldə ediləcək hər hansı razılaşma Ukrayna və Avropa İttifaqını da əhatə etməlidir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kallas bildirib ki, ABŞ-nin Rusiyanı ciddi danışıqlara məcbur etmək imkanı var: “ABŞ və Rusiya arasında istənilən sövdələşməyə Ukrayna və Aİ daxil olmalıdır, çünki bu, Ukrayna və bütün Avropa üçün təhlükəsizlik məsələsidir. Müvəqqəti işğal olunmuş bütün ərazilər Ukraynaya məxsusdur. Razılaşma Rusiyanın Ukraynaya, transatlantik birlik və Avropaya qarşı növbəti təcavüzü üçün tramplin olmamalıdır”.

O əlavə edib ki, növbəti addımları müzakirə etmək məqsədilə bazar ertəsi Avropa xarici işlər nazirlərinin iclası keçiriləcək.

Kallas həmçinin qeyd edib ki, nazirlər iclasda Qəzza zolağındakı vəziyyəti də gündəmə gətirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
50
yeniavaz.com

10Mənbələr