AZ

Rusiya və Ukrayna ərazi mübadiləsini müzakirə edirlər Metyu Uiteker

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində texniki qrupların nümayəndələri Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün ərazilərin mübadiləsi imkanlarını müzakirə edirlər.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker CNN telekanalına müsahibəsində deyib.

"Texniki qrupların nümayəndələri danışıqlar aparır. Bu, yaxşı xəbərdir. Çünki onlar torpaq mübadiləsinin olub-olmayacağına və hansı torpağın dəyişdirilə biləcəyinə qərar verəcəklər", - o deyib. Uiteker qeyd edib ki, müharibənin bitməsi üçün hər iki tərəf hərbi əməliyyatları dayandırmağa razı olmalıdır.

Daimi nümayəndə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə də toxunaraq, bununla bağlı Rusiyanın qərar vermədiyini bildirib: "NATO-ya üzvlük məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, son nəticədə qərar verən NATO-nun 32 üzvüdür".

O əlavə edib ki, Alyansın bütün üzvləri yekdilliklə Ukraynanın daxil olmasını dəstəkləməlidir. Bu, baş verərsə, Ukraynanın təşkilata yolu bir çox mərhələdən ibarət olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
7
redaktor.az

10Mənbələr