AZ

Kremldən Kiyevə ƏDALƏTSİZ TƏKLİF

Kreml Xerson və Zaporojya vilayətlərinin ərazilərini Ukraynaya qaytarmaq fikrində deyil.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) münaqişənin nizamlanması üzrə danışıqların təfərrüatları ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

Agentliyin mənbəsinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla bu yaxınlarda keçirdiyi görüşdə “Zaporijjya və Xerson vilayətlərində döyüşləri dayandırmağa hazır olduğunu” bəyan edib. Eyni zamanda, amerikalıların bunu rus qoşunlarının bu bölgələrdən çıxarılması təklifi kimi qəbul etdikləri iddia edilir.

Lakin mənbə bildirib ki, Kreml Rusiyaya Krıma quru dəhlizi təmin edən Xerson və Zaporojye bölgələrindəki əraziləri geri qaytarmaq istəmir.

Seçilən
72
8
publika.az

10Mənbələr