Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində əldə olunmuş nəticələrlə əlaqədar Azərbaycan liderini təbrik edib.
“Report” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.