AZ

Anton Krivotsyukun komandası liderdən 15 xal geri qalır

Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" Cənubi Koreya çempionatında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, komanda 25-ci turda evdə "Suvon"a 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin futbolçusu 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Daejeon" 42 xalla ikinci yerdədir. Krivotsyukun komandası lider "Jeonbuk"dan 15 xal geri qalır.

İdman.biz

Məqalədə:
Seçilən
99
2
idman.biz

2Mənbələr