AZ

İsrail hücumlarında azı 662 fələstinli idmançı həlak olub

BAKI, 10 avqust. TELEQRAF

İsrailin müharibəsi başlayandan bu yana, yəni 22 ay ərzində 662 Fələstinli idmançı və idman rəsmisi həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin Futbol Assosiasiyası məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, Qəzza və işğal altındakı Qərbi Şəriyada 288 idman obyektinə zərər dəyib və ya tamamilə dağılıb. Bu obyektlər arasında stadionlar, məşq meydançaları, gimnastika zalları və klub binaları var.

Zərər çəkən obyektlərin böyük əksəriyyəti, yəni 268-i Qəzzada, 20-si isə Qərb Şərqində yerləşir. Onların təxminən yarısı birbaşa futbol üçün istifadə olunurdu. İsrail hava zərbələri nəticəsində zərər görən obyektlərdən biri də Fələstin Futbol Assosiasiyasının Qəzza ofisi olub.

Seçilən
98
3
teleqraf.com

4Mənbələr