“Neftçi” növbəti transferini həyata keçirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “Neftçi”nin üzvüdü. Futbolçu ilə "2+1" illik müqavilə bağlanıb.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta