AZ

PSJ Lyuka Şevalyeni satın aldı

PSJ 23 yaşlı fransız qapıçı Lyuka Şevalyeni “Lill”dən tamhüquqlu müqavilə əsasında Paris klubunun heyətinə qatıb.

Arena.az bu barədə PSJ-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Fransa nəhənginə 40 milyon avro məbləğ müqabilində başa gəlib.

Lyuka Şevalye “Lill”in məzunudur. Qapıçı, karyerası ərzində həmçinin “Valansyen”də (icarə) çıxış edib.

Geridə qalmış mövsümdə Şevalye “Lill” üçün 48 oyuna çıxıb, 53 qol buraxıb, 13 məhsuldar ötürmə verib.

Lyuka Şevalye Fransanın əsas yığmasına çağırış alsa da, debüt imkanı əldə etməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransız qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
102
42
arena.az

10Mənbələr