AZ

İki klubumuz gerilədi, ikisi isə irəlilədi

"Qarabağ" dünya reytinqində daha üç pillə geriləyib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.

"Zirə" (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.

"Araz-Naxçıvan" (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, "Sabah" (86 xal) 49 sıra artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi "Real" (520 xal) qərarlaşıb.

Seçilən
12
25
football-plus.az

10Mənbələr