AZ

Liverpul un futbolçusu Almaniyada ən yaxşı seçildi

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Almaniyada 2025-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Kicker" nəşrinin keçirdiyi sorğuya əsasən "Bayer"in sabiq yarımmüdafiəçisi Florian Virts ilin ən yaxşısı seçilib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi 191 səs toplayıb.

"Bavariya"nın vingeri Maykl Olise (81 səs) ikinci, "Ştutqart"ın hücumçusu Nik Voltemade (71 səs) isə üçüncü olub. 

Qeyd edək ki, Florian Virts ötən mövsüm "Bayer"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinin üzvü iyul ayında 125 milyon avro qarşılığında "Liverpul"a transfer olunub.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
3
sportal.az

3Mənbələr