AZ

Tehran və Moskvanın başlanan prosesləri dayandırmaq gücü yoxdur

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İran və Rusiya rəsmilərinin iki gün öncə Ağ Evdə Prezident Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı tarixi sənədlərə qeyri-konstruktiv və hədələyici tonda verdiyi açıqlamalar gözlənilən idi. Ancaq Tehran və Moskvanın başlanan prosesləri dayandırmaq gücü yoxdur və Cənubi Qafqaza sülh, təhlükəsizlik, inkişaf, əmin-amanlıq gələcək. Bundan təkcə region ölkələri deyil, İran və Rusiya da bəhrələnəcək". Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Vilayəti və Zaxarovanın Vaşinqtonda baş tutan görüşlərlə bağlı bəyanatlarına münasibət bildirərkən səsləndiriib. Ə.Orucov deyib ki, Cənubi Qafqaz bilavasitə Rusiyanın dağıdıcı, qızışdırıcı və müstəmləkə siyasəti ilə uzun illərdir planetin qaynar nöqtəsinə çevrilib:"Qanlı müharibələr və qarşıdurmalar həm inkişafa mane olub, həm də xalqlar arasında düşmənçilik və nifaq toxumu səpib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
newscenter.az

2Mənbələr