futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Liverpul”un futbolçusu Məhəmməd Salah UEFA-nın “Fələstinli Pele”nin ölümü ilə bağlı etdiyi paylaşıma reaksiya verib.
Futbolpress.az xəbər verir ki, misirli oyunçu qurumun “Fələstinli Pele” Süleyman Əl-Obeydə vida… Ən qaranlıq vaxtlarda belə minlərlə uşağa ümid bəxş edən istedad” paylaşımına “Bizə harda və necə öldüyünü deyə bilərsiniz?” deyə, şərh yazıb.
Salahın bu reaksiyası 6 milyondan çox görüntülənib, 8 mindən çox insan şərh yazıb və 61 min adam yenidən paylaşıb.
“Fələstinli Pele” kimi tanınan Süleyman Əl-Obeyd İsrailin hücumları nəticəsində vəfat edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.