Avqustun 9-u Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan Red Bull Dance Your Style Milli Finalında qalib adını Xəyal Amrullazadə (Zico Firestar) qazanıb.
Offsideplus.az xəbər verir ki, o, 6–11 oktyabr tarixlərində Los-Ancelesdə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.
Milli Final mərhələsində ölkənin ən istedadlı 16 rəqqası improvizasiya əsasında keçirilən “battle”larda bir-biri ilə yarışıb. Ritm və yaradıcılıqla dolu gecə tamaşaçıların böyük marağına səbəb olub. Tədbirin xüsusi qonaqları – Orxan Zeynallı və Trino – səhnədəki çıxışları ilə finala əlavə rəng qatdılar.
Qeyd edək ki, Red Bull Dance Your Style yarışmasının Azərbaycandakı rəsmi tərəfdaşı Nar Mobile brendidir. İndi isə bütün diqqətlər Los-Ancelesdə baş tutacaq Dünya Finalına yönəlib.