İstanbul nəhənglərindən heç biri ''İnter''in tələb etdiyi 30 milyon avronu ödəmək istəmədi. Bu arada Türkiyə yığmasının kapitanı yeni açılan ''Ekol Sports'' kanalına diqqətçəkən açıqlamalar verib. Hər zaman ''Qalatasaray'' azarkeşi olduğunu vurğulayan Hakanın ''Fənər'' ilə danışıqlar aparması böyük müzakirələrə səbəb olmuşdu.
Təcrübəli yarımmüdafiəçi bu mövzuya belə aydınlıq gətirib:
''Mən yığmamızın kapitanıyam və sadəcə hörmət xatirinə Əli Koç ilə görüşməyə razılıq verdim. Mən Türkiyədə yalnız biri komandada oynamaq arzusundayam. Hansı kluba azarkeşlik etdiyimi hər kəs bilir. Mən ''Qalatasaray''lıyam''.
Qeyd edək ki, Hakanın Milan nəhəngi ilə 2027-yə qədər müqaviləsi var. 31 yaşlı futbolçu geridə qoyduğumuz mövsümdə 47 rəsmi oyuna çıxaraq aktivinə 11 qol, 8 məhsuldar ötürmə yazıb.