Türkiyənin “Beşiktaş” klubunun gənc hücumçusu Yakub Arda Kılıç bundan sonra “Novi Pazar”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Serbiya klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçunun 2025/2026-cı illər mövsümündə icarə əsasında “Novi Pazar”da çıxış edəcəyi diqqətə çatdırılıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Yakub Arda Kılıç “Beşiktaş”ın yetirməsidir. Cinah hücumçusu 2023-cü ildə əsas komandada debüt edib. O, “qara qartallar”ın əsas komandasında 4 oyun keçirsə də, fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 20 yaşlı vingerin transfer dəyərini 50 min avro məbləğində qiymətləndirir.