"Mançester Yunayted" yarımmüdafiə xəttini "Brayton"dan Karlos Baleba ilə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 21 yaşlı futbolçu ilə şəxsi məsələlərdə razılığa gəlib.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Baleba 2023-cü ilin yayında "Brayton"a transfer olub. "Qağayılar" onu buraxmağı düşünmür.

Premyer Liqa kamerunlu futbolçu üçün 100 milyon funt-sterlinqdən artıq tələb edir.