AZ

Nazirlik əməkdaşı yol qəzasında öldü, ata-anası komaya düşdü - FOTOLAR

İsmayıllı rayonunda Maliyyə Nazirliyinin əməkdaşı Aydan Vüsətqızının ölümünə səbəb olan qəzada onun atası Vüsət Hacızadə və anası da ağır xəsarət alıblar.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, avtomobildə ailənin üç üzvü olub.

A.Vüsətqızının valideynləri aldıqları xəsarətlərdən komaya düşüblər. Onun anasının durumu daha ağırdır.

Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüblər.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 9-u saat 08:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Seçilən
21
publika.az

1Mənbələr