AZ

Samir Abasovun heyətdə görmək istəmədiyi ÜÇ FUTBOLÇU

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" yeni mövsümə başlamadan öncə üç futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov həmin oyunçuları heyətdə görmək istəmir.

Daha doğrusu mütəxəssis məcbur qalmadığı müddətdə onlara oynamaq üçün şans belə vermək niyyətində deyil.

Həmin futbolçular Ramil Şeydayev, Andrey Ştoqrin və Ryonosuke Ohoridir. "Neftçi" hazırda bu oyunçularla vidalaşmağın yollarını axtarır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək. "Neftçi" ilk turda "Şamaxı"nı qəbul edəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
icma.az

4Mənbələr