AZ

Birgə Bəyannamə ilə İrəvan nələr əldə etdi? Erməni politoloq Əlibəyova

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Azərbaycan istədiyini aldı, Ermənistanın əlinə isə daha bir kağız parçası verdilər.

Bakupost.az xəbər verir ki, bu sözləri erməni politoloq Anjela Əlibəyova 8 avqustda Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Ağ Evdə imzalanan Birgə Bəyannamə haqda qeyd edib.

“Azərbaycan Ermənistan ərazisindən maneəsiz tranzit alıb, Ermənistan isə əvəzində Azərbaycan ərazisindən heç nə almadı.

Azərbaycan ABŞ-ın hərbi yardımla bağlı məhdudiyyətlərinin götürülməsinə nail oldu; Ermənistan əsirlərin (Qarabağ separatçıları) qaytarılması ilə bağlı heç bir zəmanət almadı.

Azərbaycan Minsk Qrupunun buraxılmasına nail oldu; Ermənistanın məcburi köçkün olan Qarabağ ermənilərinin öz evlərinə qayıtması üçün heç bir zəmanət əldə etmədi”, - o yazıb.

Asena,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
www.bakupost.az

2Mənbələr