Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
İranın dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) (Zəngəzur dəhlizini - red.) İran və Rusiya arasında dayanacaq gürzə adlandırıb və buna imkan verməyəcəklərini bəyan edib. Belə görünür ki, İranın siyasətini müəyyən edən bir neçə şəxsdən biri olan Əli Əkbər Vilayəti Qasım Süleymaninin məhv edilməsi, Hüseyn Salami başda olmaqla, bir qrup ən yüksək vəzifəli generalın öldürülməsindən dərs almayıb. Əgər dərs alsaydı, TRIPP-in qarşısını alacaqları ilə bağlı avantürist bəyanat verməzdi. Belə bir bəyanat verirsə, deməli, gerçəklik hissini tamamilə itirib və təhlükəli olmağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, İsrail bölgəyə sülh və sabitlik gətirəcək ABŞ, Azərbaycan və İsrail alyansının gerçəkləşməsi üçün önəmli işlər görür:
“TRIPP-in gerçəkləşməsinin qarşısını almağa yönəlmiş təhdid və çağrışların zərərsizləşdirilməsi artıq İsrailin əsas vəzifələrindən biri olmalıdır. Bununla İsrail ABŞ, Azərbaycan və İsrail alyansının nə qədər effektli olacağını alyans yaranmadan öncə sübut etmiş olar. Bu isə Vaşinqtonun ABŞ, Azərbaycan və İsrail alyansının yaranmasına marağını kəskin artıra bilər”.
Asena,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.