AZ

Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində daha bir yaşayış məntəqəsini azad edib Baş Qərargah

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində yerləşən Bezsalovka yaşayış məntəqəsini azad edərək tamamilə rus ordusundan təmizləyiblər.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Əməliyyata 33-cü ayrı hücum polkunun və 24-cü ayrı hücum taborunun bölmələri cəlb olunub. Döyüş əməliyyatları zamanı ukraynalı əsgərlər 18 rus işğalçısını məhv ediblər. Ukrayna Silahlı Qüvvələri düşməni məhv etməyə və dövlətimiz üçün ədalətli sülhü yaxınlaşdırmağa davam edir”, – Baş Qərargahın məlumatında qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
apa.az

2Mənbələr