AZ

“AFFA-nın ayırdığı büdcə ilə başlamışıq” – dağılacaqdı, sıfırdan yığıldı

1-ci liqanın debütantlarından olan “Şahdağ Qusar”da vəziyyət heç də yaxşı deyildi.

Sponsor şirkət AZENKO daha da iddialı olacağı gözlənilən klubun üzərindən əlini birdəfəlik çəkdi. Klubun prezidenti Elçin Cananov isə stadionu AGİN-ə təhvil verdi. Klub dağılmaq təhlükəsi ilə üz-üzə idi.

Bəs komandanın taleyi necə oldu, yığıldımı, təlim-məşq toplanışı başladımı?

Bu sualı baş məşqçi Elnur Abdullayevə ünvanladıq:
“AFFA-nın ayırdığı büdcə (qurum 1-ci liqa klublarına ildə 300 min manat ayırır – red.) ilə işə başlamışıq. Komandanın 85 faizi hazırdı. Heyəti sıfırdan yığdıq. Ayın 11-də təlim-məşq toplanışına start veririk. Hələ ki heç bir problem yoxdu. Öz işimi görürəm. İnşallah, gələcəkdə sponsor da cəlb edə bilərik”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
3
1
football-plus.az

2Mənbələr