AZ

“Şkendiya” “Qarabağ”a qarşı oynayanlara istirahət verdi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ınrəqib olan “Şkendiya” Şimali Makedoniya çempionatında ilk turun oyununa çıxıb. “Şkupi”ni qəbul edən Tetovo təmsilçisi inamlı qələbə qazanıb – 5:1.

Düzdü, darmadağında qonaqların yarımmüdafəçisi Endrit Rüstəminin artıq 17-ci dəqiqədə meydandan qovulması da böyük rol oynayıb.

Avqustun 5-də “Qarabağ”a qarşı oynayan futbolçulardan yalnız ikisi start heyətində yer alıb - qapıçı Babukar Qeye və Adamu Əlhassan. 68-ci dəqiqəyə qədər 2:1 öndə olan “Şkendiya”nın baş məşqçisiJeton Bekiri sonradan əsas heyət üzvlərini meydana buraxıb. Komandanın əsas ulduzu Besart İbrahimi beş dəqiqə ərzində dubl edib.

Xatırladaq ki, səfərdən 1:0 hesablı qələbə ilə dönən “Qarabağ” “Şkendiya” ilə avqustun 12-də qarşılaşacaq.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
1
football-plus.az

2Mənbələr