AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verirki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 11-də əsasən Bakı və Abşeronyarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağıgözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağışyağacaq, səhər yarımadanın bəzi yerlərində isə qısamüddətli leysanxarakterli yağış və şimşək çaxma ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək, günorta isə mülayimşimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti təşkiledəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə70-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, şimşək çaxmasımüşahidə olunacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan və doluehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək,gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəziyerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlıqərazilərdə gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Seçilən
70
49
az.trend.az

10Mənbələr