AZ

FAKTİKİ HAVA: 39 dərəcə isti qeydə alınıb

Avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Cebheinfo.az"a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.

"Cebheinfo.az" 

Seçilən
41
39
cebheinfo.az

10Mənbələr