Ozancan Kökçü “Volendam”da (Niderland) rəsmi debüt edib.
"Football-plus.az" xəbər verir ki, sözügedən komanda Erediviziyanın 1-ci turunda “Heerenven”in qonağı olub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
Ozancan oyuna start heyətində başlayıb və 65-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Kökçü 72-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, 26 yaşlı futbolçu bu ilin may ayında "Volendam"la "1+1" illik müqavilə imzalayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta