AZ

Ağdam və Xocavənddə baş verən yanğınlar söndürülüb



Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar tam söndürülüb.

Newscenter.az xəbər verir ki, "Report"un Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonun Çörəkli və Ağdam rayonunun Novruzlu kəndləri ərazisində baş verən yanğının Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən geniş ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülüb.

Hazırda tüstülənmə müşahidə olunan yerlərdə qabaqlayıcı tədbirlər görülür.
Seçilən
23
14
newscenter.az

10Mənbələr