AZ

 İsrail Prezidentindən İlham Əliyevə TƏBRİK

“Trampın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə çox təsirləndim”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq sosial şəbəkədə yazıb.

"Böyük nailiyyətdir, Prezident Tramp! Liderliyinizə və dünyada sülhün əldə edilməsində həvəsli öhdəliyinizə görə təşəkkür edirəm. Ümid və dua edirəm ki, Sizin rəhbərliyiniz altında biz bütün dünyada daha çox tarixi nailiyyətlər , xüsusən də girovlarımızın Qəzzada HƏMAS-ın əli ilə yaşadıqları cəhənnəmdən tezliklə qayıtmasını görəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana, Azərbaycan və Ermənistan xalqına təbriklər! Qoy onlar sülh, təhlükəsizlik və firavanlıq içində yaşasınlar”, - Hersoq bildirib.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr