AZ

Günəşli bir bazar günü...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Hidrometeorologiya Xid­mətindən mətbuata verilən məlu­mata görə, bu gün Bakıda və Abşe­ron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlə­nilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şi­mal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi nor­madan aşağı 759 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
113
9
xalqqazeti.az

10Mənbələr