
ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində Dövlət Departamentinin mətbuat katibi Təmmi Bryusu ABŞ-ın BMT-də sədr müavini vəzifəsinə namizəd göstərdiyini açıqlayıb.O, paylaşımında Bryusu “böyük vətənpərvər, televiziya aparıcısı və bestseller müəllifi” adlandırıb.“İkinci prezidentlik müddətimin əvvəlindən etibarən Təmmi Dövlət Departamentinin mətbuat katibi vəzifəsini şərəflə icra edib və fantastik iş ortaya qoyub”, – deyə Tramp bildirib.Prezident əlavə edib ki, Bryus ABŞ-ı BMT-də “parlaq şəkildə” təmsil edəcək.Ulusum.az
Diqqət Çəkənlər
Qərbin Ukraynaya Dəstəyinin Bədəli – Xaos və Uçurum
BDU-nun dəstəyi ilə Qarabağ və Dilbaz atlarının genetik xəritəsi hazırlanır
Tramp bəyan etdi: “Zəngəzur dəhlizi 99 illiyə ABŞ-a verildi”