AZ

Turan Tovuz dan səs küy doğuracaq transfer EKSKLÜZİV

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin təbirincəı desək, yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacaq "Turan Tovuz" heyəti gücləndirməkdə davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "boz qurdlar" yaxın günlərdə daha səs-küy doğuracaq transferi ictimaiyyətə açıqlayacaq.

Redaksiyamıza daxil olan bilgiyə əsasən, Tovuz klubu ötən mövsüm "Qarabağ"ın heyətində çıxış edən Marko Veşoviçlə ortaq məxrəcə gəlib. Qərb təmsilçisi monteneqrolu yarımmüdafiəçi ilə "1+1" şərti ilə anlaşıb.

Qeyd edək ki, "Turan Tovuz" mövsümlərarası fasilədə David Oliveyra Tavareş, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov, Filip Ozobiç və İbrahima Vacini "rənglərinə bağlayıb".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
sport24.az

2Mənbələr