ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.
Viral.az-ın “ABC News”a istinadən məlumatına görə, nəticədə 6 nəfər yaralanıb.
Məlumata görə, atışma şənbə günü axşam saat 20:50 radələrində (Bakı vaxtı ilə bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsi yaxınlığında başlayıb. Naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.
Son Yazılar:
- ABŞ-də küçədə insanlara atəş açıldı
- Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb
- Kino ulduzu illər sonra etraf etdi: Trampla…
Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə, qurbanlar arasında beş yaşlı qız da var, lakin onun həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanı əməkdaşı əlavə edib ki, yaralılardan birinin – 38 yaşlı kişinin vəziyyəti ağırdır.
Polis araşdırmaları davam etdirir.