BAKI, 10 avqust. TELEQRAF
Azərbaycan millisinin üzvü Ozan Can Kökçü Niderlandın "Volendam" klubunda debüt edib.
Teleqraf xəbər verir ki, 27 yaşlı hücumçu Eredivizinin ilk turunda "Herenven"lə səfər oyununa əsas heyətdə başlayıb.
"Abe Lenstra" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Volendam"ın heyətində yeganə qolu Ozan Can Kökçü vurub. O, 65-ci dəqiqədə fərqlənib.
Kökçü 7 dəqiqə sonra əvəzlənərək meydanı tərk edib.
Qeyd edək ki, "Volendam" növbəti oyununu avqustun 17-də "AZ Alkmaar"a qarşı keçirəcək.