“Barselona”nın müdafiəçisi İnyio Martines “Əl-Nəsr”ə keçib.
QOL.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanını klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 34 yaşlı mərkəz müdafiəçisi “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. "Əl-Nəsr" onunla 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 2023-cü ildən “Barselona”da çıxış edən müdafiəçi 71 oyunda meydana çıxıb.