AZ

ABŞ-də “ChatGPT”nin tövsiyəsi 60 yaşlı kişidə psixoz yaradıb

Bakı. Trend:

ABŞ-nin Vaşinqton Universiteti Tibb Məktəbinin həkimləri 60yaşlı kişidə kəskin psixozun yaranmasına səbəb olan natrium bromidzəhərlənməsi faktını müəyyən ediblər.

Trend xəbər verirki, bu barədə “Gizmodo” nəşri məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, xəstə üç ay ərzində“ChatGPT”nin verdiyi tövsiyələr əsasında özü üçün pəhriz proqramıtərtib edib. O, natrium xloridi menyusundan çıxarmaq qərarına gəlibvə məsləhət üçün süni intellektə müraciət edib. Neyron şəbəkə isəona natrium bromid də daxil olmaqla bir neçə alternativ təqdimedib.

Qısa müddət sonra xəstədə paranoya, halüsinasiyalar və məkandaorientasiya pozğunluğu, daha sonra isə digər psixoloji problemlərmüşahidə olunub.

Pasiyent xəstəxanaya yerləşdirilib, psixoloji terapiya kursukeçib və üç həftə sonra evə buraxılıb. İki həftə sonra aparılantəkrar müayinədə onun vəziyyətinin stabil olduğu təsdiqlənib.

Həkimlər vurğulayıblar ki, süni intellektin verdiyi tövsiyələrümumi xarakter daşıyır və tibbi kontekstə uyğunlaşdırılmadıqdainsan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Seçilən
83
2
az.trend.az

3Mənbələr