"Barselona"nın futbolçusu İnyiqo Martines karyerasını Səudiyyə Ərəbistanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi "Əl-Nəsr"ə transfer olub. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İ. Martines 2023-cü ildən "Barselona"da çıxış edirdi.