ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “Volendam” klubu ilə rəsmi oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Erediviziyanın I turunda “Heerenven”in qonağı olub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
Ozan oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Kökçü 72-ci dəqiqədə əvəzlənib.
“Volendam” birinci turdan sonra 1 xalla 6-cı sıradadır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.