Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Böyük Britaniya Kralı III Çarlz muzeydən oğurluq nəticəsində Kral kolleksiyasından iki qiymətli tütünqabını itirib. Lakin məhz bundan sonra o, milyonlarla funt sterlinq qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Artnet" incəsənət tarixi jurnalı yazıb.
Məqalədə oğurluğun 2024-cü il noyabrın 20-də Parisdəki Konyak-Cey Muzeyində baş verdiyi bildirilib. Soyğunçular miniatür zinət əşyaları sərgisinə daxil olub, vitrini sındırıb və eksponatları oğurlayıblar. Bundan sonra onlar motosikletlərlə naməlum istiqamətə hərəkət ediblər.
Oğurlanmış əşyaların ümumi dəyərinin 1 milyon avrodan çox olduğu bildirib.
Lakin tezliklə Kral kolleksiyası fondunun illik hesabatından məlum olub ki, tütünqabılar sığortalanıb və bir il ərzində onlara görə 4 milyon avro kompensasiya alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.