AZ

Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçdi

BAKI, 10 avqust. TELEQRAF

Uruqvay millisinin hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib.

Teleqraf xəbər verir ki, bu barədə Ərəbistan klubu rəsmi məlumat yayıb.

26 yaşlı forvardın son klubu “Liverpul” olub. O, 2022-ci ildən İngiltərə tımsilçisinin heyətində yer alıb.

Uruqvaylı İngiltərə Premyer Liqasının ötən mövsümündə 30 matçda iştirak edib, 5 qol vurub və iki məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında PSJ ilə 1/8 finalın cavab matçında penaltilər seriyasında qeyri-dəqiq zərbə ilə yadda qalıb.

“Transfermarkt” portalında təqdim edilən məlumata görə, futbolçunun transfer qiyməti 45 milyon avrodur.

Seçilən
45
teleqraf.com

1Mənbələr