AZ

Qərbi Balkan mediası Vaşinqtonda keçirilən Sülh Sammitini diqqətdə saxlayıb

Qərbi Balkan ölkələrinin aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdikləri görüşə geniş yer ayırıb.

“İki sahil” xəbər verir ki, Bosniya və Herseqovinanın radio-televiziya kanalının (BHRT) və “N1info” portalının yaydığı materiallarda Prezident İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın Vaşinqtondakı görüşə dair Birgə Bəyannamə imzaladıqları qeyd olunur.

“TV K3” televiziya kanalının və “Naslovi” portalının yazında isə vurğulanır ki, Azərbaycan və Ermənistan liderləri ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyub və Cənubi Qafqaz regionunda əsas nəqliyyat marşrutu açmaq barədə razılığa gəliblər.

“Balkan Magazin” və “Buka” portalları isə Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Cənubi Qafqaza sülh gətiririk” sitatına yer verib, 35 ildən artıq müddətdə davam edən münaqişəyə son qoyulduğu və bunun bütün region üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Serbiyanın “Tanjug” və “Danas” xəbər agentliklərinin, eləcə də “NSPM” portalının dərc etdiyi yazılarda Birgə Bəyannamədə liderlərin Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasına şahidlik etdikləri qeyd olunur. Bildirilir ki, Donald Tramp Prezident İlham Əliyev və Nikol Paşinyanla ayrıca sazişlər imzalayıb.

“Nova” portalının materialında isə görüş zamanı əldə olunan razılaşmanın onilliklərlə davam edən münaqişələrdən sonra iki ölkənin iqtisadiyyatını gücləndirəcəyini gözlənildiyi qeyd olunur.

Şimali Makedoniya mətbuatının yaydığı materiallarda da Birgə Bəyannamənin ABŞ-ın nəzarəti altında əsas nəqliyyat dəhlizinin yaradılması üzərində birgə işləməyi, iki ölkə arasında ticarət, səyahət və diplomatik əlaqələrin inkişafını nəzərdə tutdu vurğulanır.

Seçilən
30
ikisahil.az

1Mənbələr