AZ

İsmayıllıda ağır qəza: Nazirlik əməkdaşı Aydan xəstəxanada öldü

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün İsmayıllı rayonunun Qurbanəfəndi kəndinde ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, səhər saatlarında kənd ərazisində “Toyota Prado” ilə “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

“Unikal”ın məlumatına görə, həyatını itirən Aydan Maliyyə Nazirliyinin əməkdaşı olub. O, Maliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrdəki nümayəndəliklərin maliyyəsi sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Aydan Çinin Pekin şəhərində magistratura təhsilini bitirib və yenicə Azərbaycana qayıdıbmış.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
globalinfo.az

7Mənbələr